Müqəddəs Kəbənin yuyulması mərasimi olub

Müqəddəs Kəbənin yuyulması mərasimi olub Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləzizin adından müqəddəs Kəbə evinin yuyulması şərəfinə layiq görülüb.
Vəliəhd Məhəmməd bin Salman Kəbə evinin ətrafında Təvaf icra etdikdən və içəridə iki rükət namaz qıldıqdan sonra divarları yuyub.
Mərasimdə krallığın şahzadələri, üləmalar, hökumət nümayəndələri də iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər