“İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda növbəti təlim təşkil olunub

“İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda növbəti təlim təşkil olunub Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 64 nəfər rəhbər vəzifəli şəxsi üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda onlayn təlim keçirilib.
Təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, DİM mütəmadi olaraq dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil edir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər