DİM tərəfindən “Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim təşkil edilib

DİM tərəfindən “Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim təşkil edilib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün “Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib.
Təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə ətraflı məlumat verib.
Dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.
Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər