Uşaqlar ərzaq çatışmazlığından əziyyət çəkirlər

Uşaqlar ərzaq çatışmazlığından əziyyət çəkirlər Əfqanıstanda 4 milyondan çox uşaq ərzaq qıtlığından əziyyət çəkir və ac qalır.
Əfqanıstanda uşaqların 80 faizi dözülməz şəraitdə yaşayır. Onlar üçün təhsil, səhiyyə və ailə tərbiyəsi əlçatmazdır.
İnstitutun Əfqanıstandakı nümayəndəsi Əhməd Şah Amin bildirib ki, ölkədə 10 milyon uşaq aclıqla üz-üzə qalıb. Bu uşaqlar ac yatırlar ki, bu da onlarda bir sıra xəstəliklərin, o cümlədən immun çatışmazlığının yaranmasına səbəb olur.
BMT-nin Uşaq Fondu Əfqanıstanda 13 milyon uşağın humanitar yardıma ehtiyacı olduğunu bildirib və donor dövlətlərə yardım üçün müraciət edib. Fond nəzərə çatdırıb ki, Əfqanıstanda ailələrin 97 faizi uşaqlarını ərzaqla təmin etmək iqtidarında deyil.
Əfqanıstan iqtisadiyyatının tamamilə dağıdılması və onun bərpası üçün tədbirlərin görülməməsi bu problemin hələ uzun müddət davam edəcəyini göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər