Rusiya bu ölkədə iki yeni nüvə reaktoru tikəcək

Rusiya bu ölkədə iki yeni nüvə reaktoru tikəcək Rusiya Macarıstanda iki yeni nüvə reaktoru tikəcək.
Bu haqda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto açıqlama verib.
O bildirib ki, Rusiyanın dövlət atom enerjisi agentliyi (ROSATOM) yaxın həftələrdə Macarıstanda iki yeni nüvə reaktorunun tikintisinə başlayacaq.
Nazir feysbukdakı paylaşımında “Tikinti başlasın” ifadəsini işlətməklə bunun vacib bir addım olduğunu vurğulayıb və bu yolla Macarıstanın enerji təhlükəsizliyinin uzunmüddətli perspektivdə təmin ediləcəyini bildirib.
Siyarto reaktorların 2030-cu ilə qədər istismara hazır olacağını qeyd edib.

Tehsil-press.az




Oxşar xəbərlər