Evin yandırılması və atəş açılması nəticəsində 4 nəfər həlak olub

Evin yandırılması və atəş açılması nəticəsində 4 nəfər həlak olub Texasdan olan bir kişi evi yandırıb və yanğından xilas olmağa çalışanları güllələyib. Nəticədə 4 nəfər həlak olub.
Bazar günü qara paltarlı bir texaslı kişi çoxmənzilli evi yandırıb, sonra isə oradan qaçanları güllələyib.
Hyuston polisinin rəisi Troy Finner bu faciəli hadisə ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib: “Mən çıxışıma “Sabahınız xeyir” sözləri ilə başlamağı xoşlayıram, amma səmimi desək, bizim şəhərdə xeyirli səhərlər olmur”.
Finner bildirib ki, gecə saat 01:07-də 911 xidmətinə zəng gəlib. Polis əməkdaşlarının sözlərinə görə, Hyuston şəhərinin Brebern rayonundakı Danlep-Stritdə otaqları kirayə verilən çoxmənzilli evdə yanğın baş verib.
Polis rəisi deyib: “Çox təəssüf ki, bu şübhəli şəxs bir neçə mənzili yandırıb, sonra isə sakinlərin binadan çıxmalarını gözləyib və onlara atəş açıb”.
Onun sözlərinə görə, şübhəli şəxs təqribən 40 yaşlarında qaradərili bir kişi olub. O, yanğını söndürməyə çalışan insanlara atəş açmağa başlayıb. Az sonra Hyuston polisinin əməkdaşları hadisə yerinə gəlib və şübhəli şəxsi bu binanın qarşısından keçən yolun o tərəfində uzanmış vəziyyətdə görüblər.
Yanğınsöndürmə xidmətinin müstəntiqləri ilkin təhqiqatdan sonra bu nəticəyə gəliblər ki, yanğın qəsdən törədilib. Təhqiqat davam edir.

Tehsil-press.az



Oxşar xəbərlər