BDU alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda

BDU alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar ETL-nin əməkdaşları Jiseok Kim, Orxan Güləhmədov və Mustafa Muradovun “Triboelektrik təbəqələrə mikro və nanoquruluşların nüfuz etdirilməsi ilə triboelektrik generatorlarının effektivliyinin artırılması” (Enhancement of performance of triboelectric generators by introduction of micro- and nano- structures on triboelectric films) adlı məqaləsi “Web of Science” beynəlxalq elmmetrik bazasına daxil olan yüksək impakt faktorlu “Journal of Materials Science: Materials in Electronics” jurnalında yer alıb.
Məqalədə triboelektrik generatorlarda istifadə olunan təbəqələr üzərində mikro və nanoquruluşların yaradılmasının onun çıxış parametrlərinə təsiri araşdırılıb, triboelektrik təbəqələrə belə quruluşların nüfuz etdirilməsi nəticəsində səthlərdə yaranan yüklərin sayının dəyişməsinin qanunauyğunluğu müəyyən olunub.

Tehsil-press.az


Oxşar xəbərlər