Bakı Dövlət Universitetinin (BDU) nümayəndələri Türkiyənin Eskişehir Texniki Universitetində “Erasmus+ Təlim İşçilərinin Mobillik Proqramı - KA107” layihəsi çərçivəsində müəllim və elmi tədqiqatçıların təlimində iştirak ediblər.
Eskişehir Texniki Universiteti, Kazan Milli Araşdırma Texnologiyaları Universiteti, Livanın Kaslik Holi Sipirit Universiteti ilə birgə keçirilən seminarlarda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (TİİMM) direktor müavini Mustafa Muradov “SILAR üsulu ilə formalaşma zamanı nanomaterialların böyüməsinin xüsusiyyətləri” və “Sənayenin akademik sahələrlə əməkdaşlığı”, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müəllimi kimya üzrə fəlsəfə doktoru Ofeliya Balayeva onlayn formatda “Laylı ikiqat hidroksidlər və polimerlər əsasında nanokompozitlər” və “Distant təhsildə aktiv tədris metodları”, TİİMM-nin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşı Günel Əliyeva “Təkmilləşdirilmiş laboratoriya təlimatının hazırlanması” və “Supramolekulyar təşkil və materialların dizaynı” mövzularında təqdimatlarla çıxış ediblər.
Təlim zamanı iştirakçılar Kimya mühəndisliyi bölməsinin tədris və tədqiqat laboratoriyaları ilə tanış olublar. Bakı Dövlət Universiteti, Eskişehir Texniki Universiteti və Kaslik Holi Sipirit Universitetinin nümayəndələrinin üçtərəfli görüşündə Erasmus layihələri çərçivəsində əməkdaşlıq, birgə tədqiqatların keçirilməsi, ikili diplom və tələbələrin hərəkətlilik proqramları barədə müzakirələr aparılıb.
BDU-nun əməkdaşları, həmçinin Eskişehir Texniki Universitetinin Yunus Əmrə Rəsədxanasında olublar. Rəsədxananın elmi işçisi dosent Mətin Altan aparılan tədqiqat işləri barədə təqdimatla çıxış edib. Təlimçilər Eskişehir Texniki Universitetinin Aviasiya və Astronavtika fakültəsində olublar. Fakültənin dekan müavini professor Enis Turhan Turqut təlimçiləri maddi-texniki baza və tədris olunan dərslərlə tanış edib.
Təlimin sonunda üçtərəfli görüşdə müəyyən olunan məsələlər və aktual problemlər təkrar müzakirə olunub və həyata keçirilə biləcək tədris və tədqiqat layihələri müəyyənləşdirilib.
Tehsil-press.az