Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının Tətbiqi riyaziyyat fakültəsinin IV kurs tələbələri İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsinə başlayıblar. İstehsalat təcrübəsi sentyabrın 9-dək davam edəcək.
Bu məqsədlə elmi müəssisədə MDU-nun Bakı filialının tələbələri ilə görüş keçirilib. Tədbirdə tələbələrin təhkim olunduğu institut əməkdaşları – təcrübə rəhbərləri, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər.
Görüşdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək elmi-texniki sahənin innovativ inkişafına, elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının prioritet məsələlərdən olduğunu bildirib. O, AMEA-nın bir sıra elmi müəssisələri kimi, İnformasiya Texnologiyaları İnstitutunun da Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bu istiqamətdə görülən işlərin daha da sürətləndiriləcəyinə əminliyini ifadə edib. R.Ələkbərov institutda yaradılmış maddi-texniki şərait, yüksəkixtisaslı elmi kadrların hazırlanması istiqamətində görülən işlər barədə məlumat verib.
İnstitutun icraçı direktoru artıq bir neçə ildir ki, MDU-nun tələbələrinin İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçmələri üçün imkanların yaradıldığını qeyd edərək gənclərə institutun elmi bölmələrinin fəaliyyəti, burada aparılan tədqiqatlarla yaxından tanış olmağı tövsiyə edib. R.Ələkbərov tələbələrin mütəmadi şəkildə təcrübə rəhbərləri ilə əlaqə saxlayaraq verilən tapşırıqları vaxtında icra etmələrinin vacibliyini vurğulayıb.
Daha sonra institutun elmi katibi Nərmin Adıgözəlova istehsalat təcrübəsi barədə ətraflı məlumat verib, institutda MDU-nun 4-cü kursunda təhsil alan 13 tələbənin 2 həftə ərzində təcrübə keçəcəklərini bildirib. Elmi katib əlavə edib ki, istehsalat təcrübəsi institutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, aparıcı elmi işçi texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat və baş mütəxəssis Tamilla Bayramova tərəfindən həyata keçiriləcək.
Qeyd olunub ki, təcrübə müddətində tələbələrə nəzəri və texnoloji biliklər aşılanacaq. Tələbələrin tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və əsaslandırılması, tədqiqat zamanı əldə edilmiş nəticələrin təqdim edilməsi bacarıqları inkişaf etdiriləcək.
Görüşdə, həmçinin təcrübə müddətində görüləcək işlər, veriləcək tapşırıqlar və həyata keçirilməsi nəzərdə tutulan tədqiqatlar barədə müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, istehsalat təcrübəsi MDU-nun Bakı filialı ilə İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış 2022-ci il 2 iyun tarixli müqavilə əsasında həyata keçirilir.
Tehsil-press.az