S.Amanjolov adına Şərqi Qazaxıstan Dövlət Universitetinin təşəbbüsü ilə “Ruxani Janquru (Mənəvi intibah) dövlət proqramı Qazaxıstanın arxeologiyasının inkişafı faktoru kimi” adlı videokonfrans keçirilib. Tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri Zaur Həsənov iştirak edib.
Ölkəmizi təmsil edən Zaur Həsənov videokonfransda “2017-2019-cu illərdə Azərbaycan-Qazaxıstan birgə arxeoloji tədqiqatları” mövzusunda məruzə edib. Xatırladaq ki, 2017-ci ildən başlayaraq Zaur Həsənov Qazaxıstan Altayında Berel və Tarbaqatayda Eleke-Sazı abidələrində İskit-Saka dövrünə aid kurqan abidələrində professor Zaynolla Samaşevin rəhbərliyi altında aparılan arxeoloji qazıntılarında iştirak edib. 2019-cu ildə Zaur Həsənov və Zaynolla Samaşevin həmrəhbərliyi ilə Azərbaycan-Qazaxıstan arxeoloji ekspedisiyası yaradılıb. Arxeoloji tədqiqatlar Şəkinin Antik dövrə aid Təpəbaşı abidəsində aparılıb. Həmçinin Şəkinin Kiş kəndində Antik dövrə aid Doxun abidəsi arxeoloji kəşfiyyat işlərinə cəlb edilib. Burada 2020-ci ildə birgə tədqiqatların davam etdiriləcəyi planlaşdırılıb. Z.Həsənov çıxışında iki ölkə arasında arxeoloji tədqiqatların perspektivləri məsələsinə də toxunub.
Daha sonra Qazaxıstanın tanınmış arxeoloqu, Alman Arxeoloji İnstitutunun müxbir üzvü professor Zaynolla Samaşev Altayın Berel və Tarbaqatayın Eleke-Sazı kurqan abidələrində aparılan arxeoloji tədqiqatlar haqqında məruzə edib.
Həmin tədqiqatlar “Mənəvi intibah” dövlət proqramının çərçivəsində aparılır. Bu kurqan abidələrindən arxeoloji qazıntılar nəticəsində İskit-Saka dövrünə aid qızıl geyimli kişi və qadın məzarları aşkar olunub. Abidədən tapılan silah və at bəzəkləri də qızıl ilə işlənib. Bu tipli tapıntılar Qazaxıstan cəmiyyətində “Altın Adam” adı ilə tanınır. Berel abidəsində bir neçə kurqanda atların başlarına bərkidilmiş süni buynuzlar aşkar edilib. Üzərinə nazik qızıl lövhələr pərçimlənmiş süni buynuzlar ağacdan düzəldilib. Adı çəkilən abidələr artıq Qazaxıstanın milli rəmzlərinə çevrilib. Berel abidəsi dövlət turizm proqramının marşrutuna daxil edilib.
Əl-Fərabi adına Qazaxıstan Dövlət Universitetinin professoru Abdeş Toleubayev Erkən dəmir dövrünə aid Şilikti kurqanlarında aparılan arxeoloji tədqiqatlar haqqında danışıb.
Videokonfransda, həmçinin Qazaxıstan və Qırğızıstan arxeoloqları tədqiqatları barədə çıxışlar ediblər.
Tehsil-press.az