Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Ankara Universiteti arasında ortaq arxeoloji tədqiqatlar aparılması və arxeologiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bu məsələ ilə əlaqədar BDU-nun rektoru Elçin Babayevin Türkiyəyə səfəri zamanı Ankara Universitetinin rektoru Necdet Ünüvarla görüşündə ilkin razılıq əldə olunub.
Ortaq arxeoloji tədqiqatların aparılması üçün hər iki universitetin akademik heyətlərinin və tələbələrinin iştirakı ilə işçi qruplar yaradılacaq. Akademik heyətdə, eyni zamanda, molekulyar bioloqlar da iştirak edəcəklər. Onlar əldə edilən fosil qalıqları üzərində genişmiqyaslı genom analizləri də aparacaqlar.
Tehsil-press.az