Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Seul Milli Universiteti və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi arasında arxeologiya sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimində Arxeologiya və Etnoqrafiya İnstitutunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin əməkdaşları, həmçinin Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri cənab Li Jae-vung və Seul Milli Universitetinin professoru Kim Jong-İl iştirak ediblər.
Tədbirdə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin sədri Ruhəngiz Heydərova deyib ki, 10 ildən çox bir müddətdə Azərbaycan və Koreya arxeoloqları Qəbələ bölgəsində müxtəlif tarixi dövrlərə aid möhtəşəm arxeoloji abidələrdə birgə tədqiqat aparırlar. Bu tədqiqatlara SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası təmənnasız dəstək göstərir. Əvvəllər yalnız 5 illik birgə fəaliyyət və yardım planı tərtib olunurdu. Lakin elmi araşdırmalar 10 ildən yuxarı bir müddəti əhatə etdiyindən, qarşılıqlı məsləhətləşmələrdən sonra qarşıdakı illərdə əməkdaşlıq üçün üçtərəfli bir anlaşma memorandumunun imzalanması barədə razılığa gəldik.
Ruhəngiz Heydərova aparılan tədqiqatlarda azərbaycanlı arxeoloqlar - tarix üzrə elmlər doktoru Qafar Cəbiyevin, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin, mərhum professor İlyas Babayevin böyük xidmətlərindən söz açıb. Xüsusi olaraq Seul Milli Universitetinin professoru Kim Jong-İlin və onun rəhbərliyi ilə koreyalı tələbələrin apardığı tədqiqatlar qeyd edilib. Ruhəngiz Heydərova uzun illər Azərbaycanda tədqiqat aparan Seul Milli Universitetinin professoru Kim Jong-İlə, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarına, elmi tədqiqatlara dəstək göstərən aidiyyəti dövlət orqanlarına və ictimai təşkilatlara minnətdarlığını bildirib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova tədbirdə iştirak edən koreyalı qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan elminə göstərdiyi qayğının bariz nümunəsi kimi, artıq Azərbaycanda 10-dan çox beynəlxalq arxeoloji ekspedisiya fəaliyyət göstərir, Azərbaycan arxeoloqlarının tədqiqatları dünyanın tanınmış elmi jurnallarında dərc edilir. Beynəlxalq əməkdaşlıq sahəsində Koreya alimləri ilə birgə tədqiqatlarımız xüsusi qeyd edilməlidir. Abidələrin tədqiqində, restavrasiya və konservasiya işlərində koreyalı həmkarların bizimlə bilik mübadiləsindən olduqca məmnunuq.
Professor Maisə Rəhimova Qəbələdə aparılan arxeoloji tədqiqatlara, elmi araşdırma nəticələrinin müxtəlif dillərdə nəfis nəşrinə, Qəbələdə Arxeoloji Mərkəzin və muzeyin təşkilində təmənnasız yardımına görə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasına təşəkkürünü bildirib.
Seul Milli Universitetinin professoru Kim Jong-İl 10 il müddətində Qəbələ bölgəsində apardığı birgə elmi araşdırmalar nəticəsində Azərbaycanın dünya elmi üçün böyük əhəmiyyətə malik arxeoloji abidələrlə zənginliyinin şahidi olduğunu bildirib. “On ildən çox müddətdə mənə və arxeoloji tədqiqatlarda iştirak edən koreyalı tələbələr üçün Azərbaycan ikinci vətən olubdur”, - deyə Kim Jong-İl qeyd edib.
Daha sonra koreyalı professor iki ölkənin arxeoloji tədqiqatlar sahəsində əməkdaşlığının gerçəkləşməsi kimi şərəfli işdə xidmətlərinə görə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinə, Arxeologiya və Etnoqrafiya İnstitutuna, aidiyyəti dövlət orqanları və ictimai təşkilatlara dərin minnətdarlığını bildirib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları – tarix üzrə elmlər doktoru Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktorları Qoşqar Qoşqarlı, Ceyhun Eminli, Fərhad Quliyev, Akif Quliyev yeni tədqiqatlar, abidələrin konservasiyası, muzeyə çevrilməsi, birgə fəaliyyət istiqamətləri və iki ölkə arxeoloqlarının gələcək əməkdaşlığı barədə fikir və təkliflərini bildiriblər.
Daha sonra Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji tədqiqatlar sahəsində Arxeologiya və Etnoqrafiya İnstitutu, Seul Milli Universiteti və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi arasında müqavilə imzalanıb. Sənədi professor Maisə Rəhimova, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova və Seul Milli Universitetinin professoru Kim Jong-İl imzalayıblar.
Müqavilə Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji ekspedisiyasının növbəti 3 ildə davamını, tədqiqat planlarının, hesabatlarının qarşılıqlı məsləhətləşmələr və razılıq əsasında tərtibi, arxeometrik araşdırmaların və tədqiqat nəticələrinin birgə nəşri, hər iki tərəfdən tədqiqatlara gənc mütəxəssislərin və tələbələrin cəlb edilməsi və qarşılıqlı elmi tədqiqatların inkişafı üçün ümdə olan müddəaları ehtiva edir.
Tehsil-press.az