
Ramazan Qafarlı çıxışında bildirib: “Dədə Qorqud konfranslarının ardıcıllıqla keçirilməsi iki qardaş türk dövlətinin bir yerdə yaşadığını göstərdi. Çünki “Kitabi-Dədə Qorqud” qədim kökə malik ulusları birləşdirmək ideyasını özündə əks etdirir. Biz son illərdə dünyaya bəxş etdiyimiz ortaq dəyərlərimizlə mədəniyyətsevər xalqlar olduğumuzu sübut etmişik”.
Bölmə iclaslarında AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru professor Seyfəddin Rzasoy “Salur Qazan: özünün sol gözü, yaxud Təpəgözlə savaşan qəhrəman” mövzusunda məruzəsində abidəni ritual-mifoloji kontekstdə təhlil edərək Təpəgöz obrazı ilə bağlı yeni konsepsiya təklif edib. Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun “Kitabi-Dədə Qorqud” eposunda İslam kanonları” mövzusunda məruzəsi dinlənilib.
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri professor İradə Hüseynovanın “Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin Qarabağ münaqişəsinin həll edilməsi uğrunda mübarizəsi”, tibbi biologiya elmləri doktoru professor Yaşar İbadovun “Dədə Qorqud tarixi şəxsiyyətdir” mövzularında məruzələri maraqla qarşılanıb.
Tehsil-press.az