UNEC-də “Oriyentasiya günü” təşkil olunacaq

UNEC-də “Oriyentasiya günü” təşkil olunacaq Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), eləcə də ali məktəbin Zaqatala filialında universitetə yeni qəbul olan tələbələr üçün “Oriyentasiya günü” təşkil olunacaq.
Tələbələr həmin gün universitetlə tanış olacaqlar. Onlara tədris prosesi, imtahanların təşkili, beynəlxalq mübadilə və ikili diplom proqramları, xüsusi təqaüd imkanları, kitabxanadan istifadə qaydaları, tələbə təşkilatları, idman klubu, yaradıcılıq mərkəzi və s. barədə məlumat veriləcək. Dekanlıqların əməkdaşları, müəllimlər, tyutorlar, tələbə təşkilatlarının fəal üzvləri, tələbə könüllülər universitetlə tanışlıqda dəstək olacaqlar.
“Oriyentasiya günü” universitetin bütün tədris binalarında təşkil ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər