BDU ilə Belçikanın Gent Universiteti arasında əlaqələrin perspektivləri müzakirə olunub

BDU ilə Belçikanın Gent Universiteti arasında əlaqələrin perspektivləri müzakirə olunub Bakı Dövlət Universitetində (BDU) Belçikanın Gent Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Gent Universitetinin Türk dili bölməsinin müdiri Yohan Vandeveyl təmsil etdiyi təhsil müəssisəsi barədə məlumat verib. Qeyd edilib ki, Gent Universitetinin nəzdində fəaliyyət göstərən Tərcüməçilik bölməsində holland, fransız, alman, italyan, ingilis, rus, türk dilləri və dil texnologiyası tədris olunur. Həmin mərkəzdə şifahi və yazılı tərcüməçilər də yetişdirilir.
BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov universitetin əməkdaşlıq istiqamətlərindən danışıb. Filologiya fakültəsinin dekanı Elçin Məmmədov və Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan tədris olunan fənlər, dillər, aparılan tədqiqatlar barədə qonaqları məlumatlandırıblar.
Tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə Gent Universitetinin Şərq dilləri və mədəniyyəti üzrə mütəxəssis Linda Gezel, Azərbaycan Respublikasının Belçika krallığındakı səfirliyinin nümayəndəsi Talehə Həsənli, BDU-nun Şərqşünaslıq fakültəsinin dekan müavini Nigar İsmayılzadə, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, Türkologiya kafedrasının müdiri Ramiz Əsgər də iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər