Dünyanın ilk sualtı göydələni

Dünyanın ilk sualtı göydələni Belçikalı memar Vinsent Kallebot 20 min nəfər üçün nəzərdə tutulmuş sualtı göydələnlərə konsept dizayn hazırlayıb.
Konsepsiyada bəyan edilən ekoloji cəhətdən təmiz strukturlar lazımi enerji və istiliyi özləri istehsal etdikləri üçün qalıq yanacaqlardan istifadəyə ehtiyac duymayacaqlar. Memarın fikrincə, layihə həyata keçirildikcə atmosferə atılan zərərli qazların səviyyəsi durmadan azalacaq.
Sualtı okean göydələni daxili quruluşuna görə meduzaya bənzəyir, spiral şəklində olan sualtı hissəsi isə 1000 metr dərinliyə gedir. Sualtı evin içərisində ofislər, emalatxanalar, elmi laboratoriyalar, dəniz təsərrüfatları, məhsul yetişdirmək üçün yerlər və qazon parkları olacaq.
İçməli suya olan tələbatın öz elektrik stansiyası hesabına ödənilməsi nəzərdə tutulur. Havanın yenilənməsi yuxarıda yerləşən külək boruları vasitəsilə oksigen stansiyasının köməyi ilə həyata keçiriləcək. Mərcan rifləri, balıqçılıq və öz təsərrüfatları sualtı göydələnlərin sakinlərini qida ilə təmin edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər