UNEC-ə qəbul olunan tələbələr üçün ənənəvi “Oriyentasiya günü”

UNEC-ə qəbul olunan tələbələr üçün ənənəvi “Oriyentasiya günü” Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni qəbul olunan tələbələr üçün ənənəvi “Oriyentasiya günü” keçirilib.
Bütün tədris binalarında və Zaqatala filialında təşkil olunan “Oriyentasiya günü”ndə birinci kurslara universitetdəki tədris və imtahan prosesi, UDİD və “Minor”, eləcə də xarici universitetlərlə ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd imkanları və s. barədə məlumat verilib. Birinci kurslar tələbə təşkilatlarının, Karyera Mərkəzinin, İnnovativ Biznes İnkubatorun, kitabxanaların fəaliyyəti ilə də tanış olublar.
UNEC könüllüləri I kurs tələbələri üçün universitet ərazisində infotur da təşkil ediblər. Tədbirdə, həmçinin tələbələrin əl işləri sərgilənib.
Yüksək bal toplayan tələbələr Radio UNEC-in canlı yayımında universitet barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, 2022/2023-cü tədris ilində UNEC-ə ümumilikdə 5642 nəfər (o cümlədən 3445 nəfər bakalavriat, 2197 nəfər isə magistratura pilləsinə) qəbul olub.
Bakalavriat pilləsi üzrə 3445 nəfərdən 3290-ı abituriyent, 155-i isə subbakalavrdır. Dövlət sifarişi ilə qəbul olunanların sayı 2737, ödəniş əsaslarla təhsil alanların sayı 708 nəfərdir. Habelə 186 nəfər 600 və daha yüksək bal toplayıb. UNEC-ə bakalavriatura səviyyəsində maksimal bal 676.1 olub.
Magistratura pilləsinə 2197 nəfər qəbul olunub. Onlardan 905-i Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində, 1292-si isə UNEC Biznes Məktəbində təhsil alacaq.

Tehsil-press.az



Oxşar xəbərlər