“DevEducation” informasiya texnologiyaları kolleci Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün müvafiq sahədə #Codeforfuture təhsil layihəsinə qoşulur.
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq həyata keçirilən #Codeforfuture layihəsinin əsas məqsədi tələbələrin müasir bazar iqtisadiyyatının tələblərinə uyğun mütəxəssis kimi formalaşması, habelə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
BDU-nun tələbələri “DevEducation” kollecinin təlim proqramının ilk iştirakçıları olub.
“DevEducation” informasiya texnologiyaları təhsili üzrə ixtisaslaşdırılmış beynəlxalq layihədir. “DevEducation” mütəxəssislər komandası bütün dünyada ambisiyalı və istedadlı insanlara qısa müddət ərzində informasiya texnologiyaları sahəsində yüksəkkeyfiyyətli təhsil almağa və ən çox tələbat duyulan peşəyə yiyələnməyə kömək edir.
#Codeforfuture layihəsində iştirak etmək BDU tələbələrinə aşağıdakı imkanları verir:
– İnformasiya texnologiyaları istiqamətləri sahəsində güclü nəzəri bazaya yiyələnmək və təhsil müəssisəsində əlaqəli fənlər üzrə “məqbul” almaq,
– “DevEducation” kuratorunun dəstəyi ilə BDU-nun xüsusi təchiz olunmuş sinif otağında təhsil alaraq proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək,
— real layihədə təcrübə keçmək və əldə edilmiş bilik və bacarıqları praktikada möhkəmləndirmək.
Tələbələr ən populyar üç ixtisasdan birini seçə bilərlər:
1. Backend C# (.Net Core)
C# proqramlaşdırma dilindən istifadə edərək veb- proqramlar və veb-servisləri üçün proqram təminatının hazırlanması.
2. Frontend React
HTML, CSS və javascript-in əsaslarının öyrənilməsi və TypeScript və React proqramlarından istifadə edərək müasir veb-saytların hazırlanması.
3. QA Automation
Proqram təminatının test edilməsinin bütün əsaslarını əhatə edən praktik kurs. Əl testinə girişdən və avtomatlaşdırılmış testin əsaslarından ibarətdir.
Təlim iki dildə aparılır: rus və ya ingilis dilində. Tələbə tədris dilinin seçimini müstəqil şəkildə müəyyənləşdirir.
Dərslər sentyabr 15-dən başlanıb.
“DevEducation” kolleci komandası hər bir tələbəyə materialın öyrənilməsində, prioritetlərindən və təhsildə qarşısına qoyduğu məqsəddən asılı olaraq ona uyğun olan ixtisas seçimində kömək edəcək.
#Codeforfuture layihəsi sayəsində BDU tələbələri əsas ixtisasları üzrə tədris prosesini dayandırmadan tələbat duyulan informasiya texnologiyaları ixtisasına yiyələnmək imkanı əldə edirlər.
Proqramın veb-saytı: https://codeforfuture.deveducation.com/
Tehsil-press.az