Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamını rəhbər tutaraq Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilən Tədbirlər Planı çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə Bakrie Universitetində tədbir keçirilib.
Tədbirdən əvvəl səfirlik tərəfindən “Şuşa İli” çərçivəsində ən fəal tələbənin “Xarıbülbül təqaüdü” ilə təltif olunmasına dair elan verilib. Universitetin rəhbərliyi və müəllim heyəti təhsildə yüksək göstəricilər nümayiş etdirən 5 tələbə namizədin adını səfirliyə təqdim etdikdən sonra müsabiqə keçirilib. Universitetin iqtisadiyyat və sosial elmlər fakültəsinin Fəxri adlı tələbəsi təqaüdün qalibi elan edilib.
Təqaüdün təqdimatına həsr olunan tədbirin başlanğıcında hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Çıxış edən səfir Cəlal Mirzəyev 2022-ci ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şuşa İli” elan edildiyini və “Xarıbülbül təqaüdü”nün məhz bu ilin şərəfinə səfirlik tərəfindən təsis olunduğunu bildirib.
Xarıbülbülün yalnız Azərbaycanın dilbər guşəsi Şuşada - Cıdır düzündə bitdiyini vurğulayan səfir, bu nadir çiçək haqqında da ətraflı məlumat verib. Qarabağın tacı sayılan Şuşanın xalqımız üçün müqəddəs və əziz məkan, Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu qeyd edən diplomat təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhərinin zəngin inkişaf yolu keçdiyini, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynadığını deyib: “Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Strateji mövqeyi ilə seçilən Şuşanın Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb, işğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı erməni vandalizmi nəticəsində dağıdılıb. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib, Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub. Xarıbülbül həmin gündən bəri Azərbaycanın haqq işində, torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçən şəhidlərimizin rəmzinə çevrilib, məhz bu səbəbdən Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır”.
Böyük Zəfərdən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarixi, dini və mədəniyyət abidələrinin bərpasına başlanıldığını, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin yaradıldığını bildirən səfir Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin gerçəkləşdirildiyini də bildirib. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, böyük şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları barədə məlumat verib, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpa olunduğunu qeyd edib. Bu gün Şuşa şəhərinin beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi platformaya çevrildiyini söyləyib.
Səfir “Xarıbülbül təqaüdü”nün qalibi Fəxrini bir daha təbrik edib, ona təhsilində yeni nailiyyətlər arzulayıb.
Tədbir çərçivəsində səfirliyin təşəbbüsü ilə İndoneziya Dövlət Poçt Şirkəti tərəfindən “Şuşa İli”nə həsr poçt markası universitetin məlumat bazasına daxil edilmək üçün rektor müavini Məhəmməd Tri Andhika Kurniavana təqdim olunub.
Tədbirdə çıxış edən rektor müavini Məhəmməd Tri Andhika Kurniavan səfirlik tərəfindən həyata keçirilən tədbiri və “Xarıbülbül təqaüdü”nün elan edilməsini yüksək qiymətləndirib. Bunun Azərbaycan-İndoneziya münasibətləri çərçivəsində səfirliklə universitet arasında sıx əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edib. Bu təşəbbüsə görə səfirliyə təşəkkürünü bildirən rektor müavini təqaüdün qalibi Fəxrini təbrik edib. Həmçinin səfir tərəfindən təqdim edilən poçt markasının universitetin mühüm hədiyyələri sırasında yer alacağını bildirib.
Sonda təqaüdün qalibi Fəxri söz alaraq, “Xarıbülbül təqaüdü”nə layiq görüldüyünə görə qürur hissi keçirdiyini söyləyib. Səfirliyə dərin minnətdarlığını ifadə edərək, gələcəkdə daha böyük uğurlar qazanmaq üçün əzmlə çalışacağını bildirib.
Tədbirin sonunda səfirik tərəfindən Bakrie Universitetinin foyesində təşkil olunan “Şuşa, sən bizimsən” başlıqlı sərgiyə baxış keçirilib. Sərgidə Şuşa şəhərinin tanınmış tarixi yerlərini əks etdirən rəsmlər nümayiş olunub.
Tehsil-press.az