Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskov Rusiya ordusunda könüllü xidmət etməkdən imtina edib.
"Populyar siyasət" internet kanalının aparıcısı Dmitri Nizovtsevin kanalın Rusiyada hərbi səfərbərliyə həsr olunmuş yayımı zamanı efirdə Peskovun oğluna zəngi zamanı bəlli olub.
Belə ki, özünü hərbi komissarlığın nümayəndəsi kimi təqdim edən aparıcı Nikolay Peskova çağırış vərəqəsi göndərildiyini deyərək, səhər saat 10-da Moskva Hərbi Komissarlığında tibbi müayinədən keçməyə dəvət edib.
“Bu gün sizə çağırış vərəqəsi göndərilib, orada nömrə verilib, siz o nömrəyə zəng etməli idiniz. Əvvəla siz niyə zəng etmədiniz, ikinci də biz saat 10:00-da gözləyəcəyik, siz komissarlığa gələ biləcəksinizmi”, - deyə jurnalist soruşub.
“Əlbəttə ki, saat 10:00-da gəlməyəcəm. Bilirsiniz ki, mən cənab Peskovam, orada olmağımın nə qədər düzgün olmadığını başa düşməlisiniz. Bir sözlə, mən buna başqa cür cavab verəcəm”, - deyə Peskovun oğlu cavab verib.
Söhbətin sonunda Nizovtsev sorğu vərəqəsində Peskovun oğlunun könüllü olaraq cəbhəyə getməyə razılıq verdiyini bilmək üçün adının qarşısına işarə qeyd etməyin mümkün olub-olmadığını soruşduqda isə N. Peskov belə cavab verib:
“Xeyr, mənə belə işarə qoymağa ehtiyac yoxdur. Mən getməyə hazıram, amma sənin istəyinlə yox”, - Prezidentin mətbuat katibinin oğlu cavab verib.
Aparıcı bunun Rusiya Prezidenti Vladimir Putinin sifarişi olduğunu açıqlayanda Peskovun oğlu deyir: "Əgər Vladimir Vladimiroviç mənə ora getməli olduğumu desə, ora gedəcəm".
Tehsil-press.az