“Qəhrəmanlar unudulmur!” – Pedaqoji Universitetin şəhid məzununun xatirəsi anıldı

“Qəhrəmanlar unudulmur!” – Pedaqoji Universitetin şəhid məzununun xatirəsi anıldı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Ceyhun Nüsrətli və onun timsalında torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canından keçmiş Vətən oğullarının xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib.
Tədbirdə rektor professor Cəfər Cəfərov, prorektorlar, müvafiq struktur rəhbərləri, 400 nəfərədək müəllim və tələbə, həmçinin valideynlər iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Vətən müharibəsi şəhidlərinə həsr edilən fotosərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan anım tədbirində vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən fakültə dekanı dosent Elnarə Mehbalıyeva qeyd edib ki, Vətən müharibəsində şəhid olan ADPU-nun 13 məzunundan biri - fakültənin məzunu Ceyhun Nüsrətlinin doğum günüdür.
Şanlı zəfər tariximizdən söz açan dosent E.Mehbalıyeva vurğulayıb ki, Prezident İlham Əliyevin sərkərdəliyi, xalqın birliyi və ordumuzun gücü ilə Vətənin ərazi bütövlüyünün təmin edilməsi hər birimizə qürur hissi yaşadır. Dekan çıxışında Pedaqoji Universitetdə şəhidlərimizin xatirəsinə həsr edilən müxtəlif tədbirlərdən danışıb, əksər şəhid məzunun ailəsinin ziyarət edildiyini vurğulayıb.
Tədbirdə Vətən müharibəsi şəhidlərinə və şəhid Ceyhunun həyat yoluna həsr edilmiş videoçarxlar, fakültə tələbələrinin hazırladıqları “Mən şəhidəm” və “Sən azadsan” adlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub, tələbələr vətənpərvərlik ruhunda nitq söyləyib, şeir və musiqi ifa ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər