Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev İspaniyaya işgüzar səfəri çərçivəsində Madrid Politexnik Universitetinin professor-müəllim heyəti ilə görüşüb.
Görüşdə AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və şöbə müdirinin müavini Fuad Həsənov, “Azalternativ” MMC-nin direktoru Madar Quliyev də iştirak ediblər.
Görüş zamanı bərpa olunan enerji mənbələri üzrə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi müzakirə edilib. Hazırda icrası davam etdirilən “Erasmus+” layihəsi çərçivəsində növbəti ildən professor-müəllim heyətinin, eləcə də magistrantlar və doktorantlar arasından seçilən 6 nəfərin Madrid Politexnik Universitetinə təcrübə mübadiləsinə göndərilməsi ilə bağlı məsələlərə dair razılıq əldə olunub.
Həmçinin perspektiv əməkdaşlıq, universitet-sənaye işbirliyinin inkişafı, habelə birgə layihələrdə iştirakla bağlı da faydalı müzakirələr aparılıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti İspaniya Sənaye Nazirliyi və Madrid Politexnik Universitetinin birgə təşəbbüsü ilə 1949-cu ildə əsası qoyulan LCOE Yüksək Gərginlikli Texnologiya Mərkəzi ilə tanış olub.
Tehsil-press.az