ADNSU ilə “Azərişıq” ASC arasında əlaqələrin qurulmasına xüsusi önəm verilir

ADNSU ilə “Azərişıq” ASC arasında əlaqələrin qurulmasına xüsusi önəm verilir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərişıq” ASC-nin təşkilatçılığı ilə 20 oktyabr - Energetiklər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə ADNSU-nun Energetika fakültəsinin dekanı dosent Aydın Əliyev Energetiklər Gününün qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə isə təmsil etdiyi qurumun strateji inkişaf planından danışıb və işğaldan azad olunmuş ərazilərdə müəssisə tərəfindən aparılan yenidənqurma, bərpa işləri barədə məlumat verib.
Sonra Qarabağda görülən işlərdən bəhs edən “Zülmətdən işığa” filmi nümayiş olunub.
Tədbirdə “Azərişıq” ASC ilə ADNSU arasında qarşılıqlı əlaqələrin qurulmasına xüsusi önəm verildiyi vurğulanıb. Bu məqsədlə respublikanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin “Azərişıq” ASC-nin strukturlarında nəzəri və praktiki təcrübə keçmək imkanlarının genişləndirilməsi, elektroenergetika sahəsində aparılan genişmiqyaslı müasirləşmə layihələri və bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə həyata keçirilən islahatlar haqqında məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər