BDU-nun Şərqşünaslıq fakültəsinin əməkdaşları şəhid Vüqar Məmmədovun məzarını ziyarət ediblər

BDU-nun Şərqşünaslıq fakültəsinin əməkdaşları şəhid Vüqar Məmmədovun məzarını ziyarət ediblər Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin əməkdaşları Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun məzarını ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a fakültədən məlumat verilib.
Fakültə əməkdaşları şəhidin məzarının önünə gül dəstələri qoyublar.
Vüqar Məmmədov 2011–2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. Sonra Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.
V.Məmmədov 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində iştirak edib, torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı gedən döyüşlərdə fədakarlıq və igidlik nümunəsi göstərib. Vüqar Məmmədov Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Tehsil-press.az


Oxşar xəbərlər