AzMİU-nun rektoru Gülçöhrə Məmmədova: Risk mövzusu müasir dünya üçün çox aktualdır

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova: Risk mövzusu müasir dünya üçün çox aktualdır Universitetimiz IV Avrasiya Risk Beynəlxalq Konfransının həmtəşkilatçısıdır. Konfransda 20 xarici ölkənin nümayəndəsi iştirak edir.
Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova deyib.
Risk mövzusunun müasir dünya üçün çox aktual olduğunu qeyd edən rektor bu qlobal problemin bəşəriyyət, iqtisadiyyat inkişaf etdikcə artırdığını bildirib.
“Konfransda bunların müzakirəsi, qarşısının alınması, əvvəlcədən proqnozlaşdırılması, idarə edilməsi məsələləri çoxsaylı elmi məruzələrdə işıqlandırılıb. Düşünürəm ki, nüfuzlu alimlərin məruzələri bu məsələnin həlli üçün töhfə olacaq. Belə konfransda risklərdən danışdıqca müasir həyatımızın faciəli risklərindən olan müharibələr, müxtəlif ölkələr arasındakı silahlı münaqişələr barədə danışmaya bilmərik. Bu gün 44 günlük müharibənin ikinci ildönümünü qeyd edirik. Bu gün həm də Gəncə faciəsinin üzərindən 2 il keçir. Hər gün iki il əvvəl yaşadığımız günləri yada salırıq, şəhidlərimizin xatirəsi qarşısında baş əyirik”, – deyə G.Məmmədova əlavə edib.
Qeyd edək ki, AzMİU, “AMİR Technical Servises” şirkəti, Gürcüstan Texniki Universiteti, Honkonq Şəhər Universiteti, Etibarlılıq üzrə Beynəlxalq Qrup – ABŞ-ın Qnedenko Forumu və Avrasiya SEISMO Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən IV Avrasiya Risk Beynəlxalq Konfransı oktyabrın 13-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər