Xəzər Universiteti ilə Özbəkistanın Diplomat Universiteti arasında müqavilə imzalanıb

Xəzər Universiteti ilə Özbəkistanın Diplomat Universiteti arasında müqavilə imzalanıb Xəzər Universitetində Özbəkistanın Diplomat Universiteti ilə görüş keçirilib.
Görüşdə təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Sonda ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair müqavilə imzalanıb. Sənədi Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova və Diplomat Universitetinin rektoru Elyor Mahmudov imzalayıblar.
Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, Pekin Xarici Tədqiqatlar Universitetinin Asiya Araşdırmaları Məktəbinin Azərbaycan dili şöbəsinin rəhbəri Aqşin Əliyev və başqaları iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər