Xəzər Universitetində Türkiyənin Bilecik Şeyx Ədəbalı Universitetinin nümayəndələri ilə görüş olub

Xəzər Universitetində Türkiyənin Bilecik Şeyx Ədəbalı Universitetinin nümayəndələri ilə görüş olub Xəzər Universitetində Türkiyənin Bilecik Şeyx Ədəbalı Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, rektor İradə Xəlilova, Bilecik Şeyx Ədəbalı Universitetinin rektoru professor Şükrü Beydemir, Baş katib Özgür Özcan və başqaları iştirak ediblər.
Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair müqavilə imzalanıb və təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər