Pedaqoji Universitetdə Vətən müharibəsinə həsr edilən konfrans keçirilib

Pedaqoji Universitetdə Vətən müharibəsinə həsr edilən konfrans keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azadlıq Hərəkatçıları İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ali təhsil müəssisələrində Vətən müharibəsinə həsr edilmiş konfransların keçirilməsi” layihəsi çərçivəsində tədbir təşkil edilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birliyin sədri, yazıçı-publisist Təhmasib Novruzov erməni faşizmi üzərində tarixi qələbənin ən mühüm aspektləri haqqında məlumat verib.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qeyd edib ki, şəhid ailələri və qazilərlə müntəzəm görüşlərin keçirilməsi gənclərimiz üçün mühüm mənəvi əhəmiyyət daşıyır. Onların həyat yolu tələbələr üçün örnəkdir. Universitetin rəhbərliyi burada təhsil alan qazi tələbələr və Vətən müharibəsində şəhid olmuş 13 məzunun ailəsi ilə daim əlaqədədir və onların gənclərə tanıdılması, istərsə də qayğılarının həll edilməsində üzərinə düşən hər şeyi edir.
Konfransda çıxış edən şəhid anaları Aytəkin Nağıyeva, Sevil Hüseynova, Naibə Mütəllimzadə, Mətanət Məhərrəmova, Vətən müharibəsi qaziləri Fəqan Niftəliyev, Çingiz Abdullayev, QHT sədri Elnarə Abbasova, kinqboks üzrə baş məşqçi Əli Cəfərov, tələbələrdən Lalə Əsgərova, Ulduz Əsgərova, Nəzrin Abışzadə və başqaları 2020-ci ilin payızında və sonrakı əməliyyatlarda erməni faşizminə vurulan ağır hərbi zərbələrdən, şəhidlərin, qazilərin tarixə həkk olunan misilsiz şücaətlərindən söz açıblar.

Tehsil-press.az


Oxşar xəbərlər