Türkiyənin Ankara Universitetində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və Şuşa İlinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara Universitetinin birgə təşkilatçılığı, universitetin pedaqoji heyəti və tələbələrinin iştirakı ilə baş tutan tədbirdə əvvəlcə foyedə “Qarabağın mirvarisi Şuşa” şüarı adlı sərginin açılışı olub. Səfir Rəşad Məmmədov sərgidə nümayiş olunan şəkillər barədə ziyarətçilərə ətraflı məlumat verib.
Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə hər iki ölkənin dövlət himni səsləndirilib. İştirakçılara Şuşaya həsr olunmuş qısa film nümayiş etdirilib və Universitetdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bədii proqram təqdim olunub.
Tehsil-press.az