Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) NetCad şirkəti və universitetin nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu arasında görüş keçirilib.
Görüşdə ADNSU nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının müdiri Zərifə Əfəndiyeva, NetCad nümayəndələri Orxan Hacıyev, İlçe Gökhan, bu proqramın öyrənilməsinə cəlb edilmiş 12 nəfərlik heyət iştirak ediblər.
Görüşdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı birgə həyata keçirilən layihənin Mədən mühəndisliyi və Geologiya ixtisasları üzrə kadr hazırlığındakı xüsusi rolundan danışıb və layihə çərçivəsində laboratoriyaların qurulmasının, həmçinin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
ADNSU ilə əməkdaşlıqdan məmnun qaldıqlarını deyən NetCad şirkətinin nümayəndələri gələcək perspektivlərə hesablanmış bütün layihələrdə universitetə dəstək olacaqlarını qeyd ediblər.
Sonra GKF-nin ixtisasları üzrə “NetPROMine” proqramının tədris planına salınması və 12 nəfərlik heyətdən sertifikatla təmin olunmuş magistr, doktorant və əməkdaşların bu proqram üzrə tədrisə cəlb edilməsi məsələsi müzakirə olunub.
Proqramın ilkin mərhələsini başa vuran 12 nəfərə sertifikatlar təqdim edilib.
Hazırda layihə çərçivəsində ADNSU-dan 12 nəfərlik heyətə onlayn dərslərin keçirilməsi prosesinə başlanılıb. İlk növbədə magistratura tələbələrinə, daha sonra isə III və IV kurs bakalavr tələbələrinə proqramın tədris olunması planlaşdırılır.
Tehsil-press.az