Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı ADNSU-nun daha iki fakültəsinin II kurs tələbələri ilə görüşüb.
Görüş koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş zəruri göstərişlər nəzərə alınaraq təşkil olunub.
İnformasiya texnologiyaları və idarəetmə, İqtisadiyyat və menecment fakültələrinin tələbələri ilə keçirilən görüşdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Rektor Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb.
M.Babanlı tələbələrə yeni tədris ilinə hazırlığın vəziyyəti, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında məlumat verib. Bildirilib ki, pandemiya olmasına baxmayaraq, ənənəvi tədrisə başlamaq üçün təhsil müəssisəsində lazımi tədbirlər görülüb.
Tehsil-press.az