Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli rəssam, Əməkdar İncəsənət Xadimi, professor Arif Əzizin və onun tələbələrinin “Maestro & Masters” adlı sərgisi keçirilib.
Görkəmli rəssamın 75 illik yubileyinə həsr olunan sərgi universitetin tarixində ilk dəfə “müəllim-tələbə” formatında təşkil edilib.
Qırx ildən çox Azərbaycan incəsənətində öz imzası ilə tanınan Arif Əzizin yaradıcılıq diapazonu dekorativ sənət, qrafika, rəngkarlıq, dizayn, teatr-dekor, moda sahələrini əhatə etməklə, milli təsviri incəsənətimizin son yarım əsrdə keçdiyi tərəqqi yolunu özündə aydın və emosional tərzdə ardıcıllıqla əks edir. Rəssamın yaradıcılıq fəaliyyətinin əvəzedilməz məqamını onun pedaqoji aspekti təşkil edir. Yarım əsrə yaxındır ki, bu fəaliyyət ADMİU-da davam edir, gənc rəssam və sənətkarları zənginləşdirir.
Sərgidə Arif Əzizin fərqli yaradıcılıq dövrlərini əks etdirən on əsəri nümayış olunur. Əsərlərində rəssama xas mürəkkəb ritmik həll, fərqli ornamental motivlər, pastoz ağ kolorit kimi tanınan amillər əksini tapıb.
ADMİU-nun rəssamlıq fakültəsinin müxtəlif ixtisasları üzrə təhsil alan birinci kurs magistrlərinin işlərində akademik tərzlə bərabər fərdi yanaşma, kompozisiyada məkanın və formaların haçalanmasında, həndəsi parçalara bölünməsində, rəng və ritm ilə manipulyasiyalarda sərbəst bədii düşüncə, maestronun bədii təkanları hiss olunur.

Kəmalə Rəhimli