ADPU-da görüş: Şanlı Zəfərimiz müharibə iştirakçılarının gözü ilə

ADPU-da görüş: Şanlı Zəfərimiz müharibə iştirakçılarının gözü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Virtual Qarabağ” İKT Mərkəzinin layihəsi əsasında “Şanlı Zəfərimiz müharibə iştirakçılarının gözü ilə” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihə rəhbəri Aidə Ramiz vurğulayıb ki, layihənin əsas məqsədi Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizin canlı şahidləri olan qazilərimizin dilindən gənclərimizə təbliğ olunması, canlı əfsanələrlə tələbələrin görüşünün və ünsiyyətinin təmin edilməsidir.
Daha sonra Vətən müharibəsi qaziləri Ülvi Qədir, Hasil Hümbətov və Ramin Məmmədov 44 günlük savaşda Azərbaycan əsgərinin keçdiyi müzəffər döyüş yolundan söz açıblar.
Görüşdə qazilər gənclərin suallarını cavablandırıblar. Azərbaycan gənclərinin Vətən üçün daim hər şeyə hazır olduğu xüsusilə diqqətə çatdırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər