Mədəniyyət və İncəsənət Universitetinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Mədəniyyət və İncəsənət Universitetinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor Gülşən Əliyeva-Kəngərli, Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri Rəşad Cabarov, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri Aslan Xəlilov və dosent Elfira Məlikova-Qurbanova Özbəkistanda səfərdə olublar.
ADMİU-nun nümayəndə heyəti Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunda “Dünya alimlərinin nəzərində Kəmaləddin Behzad yaradıcılığı” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.
Konfransda hər iki ali təhsil ocağının rektorları arasında qarşılıqlı münasibətlərə dair anlaşma memorandumu imzalanıb. Ali məktəblər arasında incəsənət təhsili sahəsindəki bu qarşılıqlı əlaqələrin gələcəkdə hər iki ölkənin təsviri incəsənət sahəsindəki inkişafı və təbliğatında önəmli rolu olacağına inanıldığı qeyd olunub.
Konfransın sonunda ADMİU-nun nümayəndə heyətinə Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər