Xəzər Universiteti yeni əməkdaşlıq əlaqələri qurur

Xəzər Universiteti yeni əməkdaşlıq əlaqələri qurur Xəzər Universiteti və Türkiyənin Necmettin Erbakan Universitetinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Görüşdə çıxış edən Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova və Necmettin Erbakan Universitetinin rektoru professor Cem Zorlu bir sıra istiqamətlərdə tədqiqat və layihələrin icrası, kadr hazırlığı və digər məsələlər üzrə əməkdaşlığın qurulmasının əhəmiyyətini vurğulayıblar. Bunun üçün birgə əməkdaşlıq üzrə memorandumun imzalanmasının vacibliyi qeyd edilib.
Aparılan müzakirədə biotibbi, nanotexnologiya, baytarlıq təbabəti və s. sahələrdə birgə tədqiqatların həyata keçirilməsinin universitetlərarası elmi əlaqələrin güclənməsinə təkan verəcəyi bildirilib.
Sonda elmi əməkdaşlığın qurulması və sürətləndirilməsi üçün koordinatorlar seçilməsi qərara alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər