Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlı və rektoru İradə Xəlilova Mikrobiologiya İnstitutunda olublar.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov rəhbərlik etdiyi elmi müəssisənin əsas fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib.
Görüş zamanı elm və təhsil sahəsində əməkdaşlıq istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər gələcəkdə birgə təcrübə mübadiləsinin aparılması, elm və təhsil sahəsində müştərək layihələrin həyata keçirilməsinin zəruriliyi haqqında razılığa gələrək əməkdaşlıqla bağlı müqavilənin imzalanmasını məqsədəuyğun hesab edib.
Daha sonra qonaqlar institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.
Tehsil-press.az