Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla İraqın ölkəmizdəki konsulu - mədəniyyət işləri üzrə məsul şəxs Hudayfa Zead Mahmudla görüşüb.
Görüşdə rektor rəhbərlik etdiyi təhsil ocağında ərəb dili dərslərinin uğurla keçirildiyini söyləyib. Qeyd olunub ki, universitetdə 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi mövcuddur. Həmin mərkəzlər öz ölkələrinin dilinin, tarixinin və mədəniyyətinin öyrənilməsində mühüm rol oynayır.
K.Abdulla qonağı “Səfir saatı” layihəsində iştirak üçün tələbələrlə görüşə dəvət edib, ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılacağına ümidvar olduğunu bildirib.
Fəaliyyəti barədə məlumat verən konsul Azərbaycan-İraq diplomatik münasibətlərindən danışarkən hər iki ölkənin əlaqələrinin tarixən etnik və mədəniyyət cəhətdən yaxın olduğunu bildirib. O, İraqla Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, ölkələrarası universitetlərin tanınması yönündə addımlar atılacağını diqqətə çatdırıb.
Beynəlxalq əlaqələr üzrə prorektor professor Jalə Qəribova ADU-nun əlaqələri, tədris məsələləri üzrə prorektor professor Sevinc Zeynalova isə əcnəbi tələbələrin universitetə cəlb olunması, fakültə və bölmələrlə bağlı məlumat veriblər.
Tehsil-press.az