Seul Milli Universitetinin Asiya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Odlar Yurdu – Azərbaycan” adlı tədbir keçirilib.
Universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbirdə ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov “Azərbaycanın xarici siyasəti və Azərbaycan-Koreya münasibətləri” mövzusunda mühazirə oxuyub. Diplomat Seul Milli Universiteti kimi Koreyanın nüfuzlu ali təhsil ocağında Azərbaycana həsr olunmuş tədbirin keçirilməsini və onun iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etməsinin əhəmiyyətini vurğulayıb, ötən dövrdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələrdə əldə olunmuş nailiyyətlər barədə məlumat verib.
Hazırda Azərbaycan və Koreya Respublikası arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanların yarandığı vurğulanıb. Bu çərçivədə 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərinin azad olunmasından, həmin ərazilərdə aparılan quruculuq işlərindən, icrası nəzərdə tutulan layihələrdən bəhs edilib.
İkitərəfli humanitar əməkdaşlıq məsələlərindən danışan səfir R.Həsənov, Azərbaycanda Koreya, Cənubi Koreyada isə Azərbaycan dilinin təşviqi məqsədilə reallaşdırılan fəaliyyətlərə toxunaraq, Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetində Koreya dilinin, Koreya Xarici Tədqiqatlar Universitetində isə Azərbaycan dilinin tədris olunduğunu diqqətə çatdırıb. Həmçinin Azərbaycan və Koreya dillərinin hər ikisinin Ural-Altay dil ailəsinə məxsus olduğu vurğulanaraq, dillərimiz arasındakı bənzər cəhətlərin fonunda Cənubi Koreyada təhsil alan azərbaycanlı tələbələrin yüksək akademik nəticələr göstərdiyi vurğulanıb.
Səfir R.Həsənov, həmçinin Azərbaycan və Cənubi Koreya arasında yaxınlığın təkcə linqvistik xarakter daşımadığını, xalqlarımızın yaşayış tərzi, adət və ənənələrində də özünü büruzə verdiyini qeyd edib, məhz bu kimi ortaq dəyərlərin Azərbaycan-Koreya dostluq və əməkdaşlıq əlaqələri üçün möhkəm təməl yaratdığını diqqətə çatdırıb.
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az