10 Mart 1973-cü il Azərbaycan Milli Teatrının təvəllüd günüdür. Sumqayıt Dövlət Dram Teatrı 1969-cu il, martın 14-də ovaxtkı adı ilə Gənclər Teatrı olaraq fəaliyyətə başlayıb.
Bu əlamətdar tarixlər məhz bu gün Sumqayıt Dövlət Dram Teatrında qeyd olundu. Məhz 1969- cu ildə hazırlanmış ilk tamaşa M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası yeni quruluşda Sumqayıt tamaşaçılarına və qonaqlara təqdim edilib.
Teatrın ilk tamaşasına Cənnət Səlimova, müasir versiyasına isə Firudin Məhərrəmov quruluş verib. Tamaşadan öncə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək bayram münasibətilə hər kəsi təbrik etdi. Natiq bildirdi ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı qaldırılan problemlərin anında həll olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. O cümlədən Sumqayıt Dövlət Dram Teatrının inzibati binasının müasir standartlara uyğun əsaslı təmiri və yenidən qurulması yaradıcılıq uğurlarına rəvac verir. İlk tamaşamızın yubileyinin qeyd olunması bizdən ötrü əsl bayramdır. Teatrın baş rejissoru, xalq artisti, "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasına quruluş vermiş Firudin Məhərrəmov qonaqları salamladı, 50 il ərzində teatrın keçdiyi zəngin yaradıcılıq yolundan danışdı.
Daha sonra çıxış edənlər son zamanlar teatrın repertuarında yer alan çeşidli tamaşaların bədii dəyərindən, tamaşaçı - teatr ünsiyyətinin gücləndirilməsi sahəsində kreativ layihələrdən, beynəlxalq festivallara hazırlıqdan, həmçinin Sumqayıt şəhərinin 70 illiyinə həsr olunacaq yeni tamaşadan söz açdılar.
Təqdim olunmuş tamaşadan öncə tamaşaçılar teatrın 50 illik yaradıcılıq yolunu əks etdirən sərgi- afişa və teatrın qrim, kostyum, butafor, bədii dekor sexləri ilə tanış edildi. Ardından M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah" məzhəkəsi tamaşaçılara təqdim olundu.
Tehsil-press.az