Zəfər Günü ərəfəsində Azərbaycan Elm Fondu tərəfindən elan edilən “Qarabağ Azərbaycandır!” adlı qrant müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə iştirak edən 32 layihədən Azərbaycan üzrə yalnız 8-i qalib olaraq seçilib.
Azərbaycan üzrə seçilən layihələrdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) məxsusdur. Universitetin Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinzadənin rəhbərliyi ilə təqdim olunmuş layihə “Qarabağın tarixi abidələrinin bərpasında istifadə ediləcək inşaat məhlulları tərkiblərinin işlənməsi” adlanır.
Layihə Qarabağın tarixi abidələrinin bərpası üçün həyati əhəmiyyət kəsb edir. Belə ki, Qarabağın tarixi abidələri konflikt dövründə erməni işğalçıları tərəfindən ya tamamilə dağıdılıb, ya da ciddi zərər görüb. Hətta bir sıra abidələr (Şahbulaq qalası) düşmənlərimiz tərəfindən kobudcasına “bərpa edilib”, XVIII əsrin abidəsini portlandsement əsaslı suvaqla sanki yamayıblar. Layihə belə abidələrin bərpası üçün orijinal məhlullara bənzər tərkiblərin işlənib hazırlanmasına və bərpaçılara təqdim olunmasına həsr edilib.
Qeyd edək ki, layihənin icrası üçün Azərbaycan Elm Fondu tərəfindən 150 min manat ayrılıb. Qrant layihənin icrası 24 ay müddətində nəzərdə tutulub.
Tehsil-press.az