Milyarderlər atmosferi daha çox çirkləndirirlər

Milyarderlər atmosferi daha çox çirkləndirirlər Milyarderlər atmosferi digər təbəqədən olan insanlardan milyon dəfə çox çirkləndirirlər.
Bu tədqiqat Britaniyanın təsis etdiyi “Oxfam Monday” xeyriyyə təşkilatının dərc etdirdiyi hesabat əsasında hazırlanıb.
Belə ki, dünyanın ən zəngin 125 milyarderinin investisiyalarının ətraflı təhlili aparılıb.
Müəyyən edilib ki, adi insanlardan fərqli olaraq, ən varlı şəxslərin sərmayələri onların emissiyalarının 70%-ə qədərini təşkil edir. Milyarderlər orta hesabla investisiyalarının 14%-ni enerji və tikinti materialları kimi çirkləndirici sənayelərə yatırıblar.
Oxfam-ın iqlim dəyişikliyi üzrə rəhbəri Nafkote Dabi bildirib ki, milyarderlərin həyat tərzindən, şəxsi təyyarələrindən və yaxtalarından tullantıları adi insandan dəfələrlə çoxdur.
Qeyd edək ki, hesabata görə, milyarderlərin sərmayələrinə illik orta hesabla 3 milyon ton karbon qazı (CO2) düşür.

Tehsil-press.az



Oxşar xəbərlər