Ukraynada həbsdə olan Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin vəkili Dobranitsa Valeriy Mixayloviç Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevaya müraciət edib.
O, hüquqlarını müdafiə etdiyi Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlu barəsində başlanmış cinayət işinin istintaqı zamanı prosessual hüquq pozuntularına yol verildiyini, Ukraynanın Kiyev vilayəti üzrə Obuxov Rayon Məhkəməsində işə qeyri-obyektiv baxıldığını bildirib.
Ombudsman Səbinə Əliyevaya həmin məsələ ilə bağlı Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə müraciət edib. İnsan hüquqları üzrə müvəkkil vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi və təminində səlahiyyətləri çərçivəsində kömək göstərilməsini xahiş edib. Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili tərəfindən verilmiş cavab əsasında vəkil Dobranitsa Valeriy Mixayloviçə rəsmi məktub ünvanlanıb.
14:16
Bir ildən çoxdur Ukraynada saxlanılan soydaşlarımız − Misir Qasımlı və Sübhan Quliyevlə bağlı hələ də məhkəmə qərarı verilməyib.
Kiyev vilayəti Obuxovski rayon məhkəməsində keçirilən növbəti prosesdən sonra Misir Qasımlı Baku TV-yə açıqlama verib.
Həbsdə olan Qarabağ qazisi bildirib ki, onlar haqqında irəli sürülən ittihamlar yalandır.
“Bütün hüquqlarımız apellyasiya məhkəmələri tərəfindən pozulur. 8 aydır bizi heç bir məhkəməyə aparmırlar. Tərcüməçisiz, vəkilsiz məhkəmələr keçirirlər”, - deyə o əlavə edib.
M.Qasımlı nə Xarici İşlər Nazirliyindən, nə Ombudsman Aparatından, nə də səfirlikdən vəkillərinin müraciətlərinə cavab verilmədiyini qeyd edib.
Tehsil-press.az