Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “İnsanın genetik identifikasiyası və pasportlaşdırma problemləri” mövzusunda təcrübə kursunu başa vuran tələbələrə sertifikatlar təqdim edilib.
Təcrübə kursu üç gün davam edib. Gənclər “Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri”, “İnsan təkamülünün tədqiqində antik DNT-nin rolu”, “Androgenə həssassızlıq sindromu olan uşaqların diaqnostikası və müalicəsi”, “Mitoxondri DNT-nin quruluşu, funksiyası və mutasiyaları, şəxsiyyətin identifikasiyasında, məhkəmə-tibbi ekspertizada və irsi xəstəliklərin diaqnostikasında tətbiqi” və “İnsanlarda mitoxondri DNT-nin ata xətti üzrə nəslə ötürülməsi” mövzularında mühazirələr dinləyib və praktiki məşğələlərdə iştirak ediblər.
İnstitutun baş direktoru akademik İradə Hüseynova tələbələrə sertifikatları təqdim edərək onların elmə cəlb olunmasında, elm-təhsil əlaqələrinin genişlənməsində belə kursların əhəmiyyətini vurğulayıb.
Tehsil-press.az