Xəzər Universitetinin əməkdaşı Azad Berlin Universitetində layihə müzakirəsində iştirak edib

Xəzər Universitetinin əməkdaşı Azad Berlin Universitetində layihə müzakirəsində iştirak edib Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov Hollandiya Biznes Akademiyasının və Ukraynanın KROK Universitetinin koordinasiya etdiyi “Mediasiya: Təlim və Cəmiyyətin Transformasiyası - MEDIATS” layihəsi çərçivəsində Almaniyanın Azad Berlin Universitetində olub.
Seminarda “Biznes ideyasının inkişafında təsir və davamlılıq” mövzusu müzakirə olunub.
Tədbirdə “MEDIATS” tərəfdaşları işçi qrupu yaradıb, mediasiya strukturlarının və proqramın davamlılığı üzərində işləyiblər. Seminarın nəticəsi olaraq “MEDIATS” komandası yeni layihə hazırlayıb və sahibkarlıq sammitinə təqdim edib.
Seminar çərçivəsində idarəetmə iclası keçirilib və “MEDİATS” layihəsinin fəaliyyətlərinin icra gedişi müzakirə edilib, gələcək fəaliyyət istiqamətləri müəyyən olunub.

Tehsil-press.az



Oxşar xəbərlər