Azərbaycan Dillər Universitetinin (ADU) professoru, filologiya üzrə elmlər doktoru Nigar Vəliyevanın “Təhsilin dili və dilin təhsili mədəniyyətlərarası dialoq, ya qlobal kommunikasiya şəraitində” kitabı Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən çap olunub.
Monoqrafiya qloballaşan dünyada keyfiyyətli təhsil dilinin təkmilləşməsinin spesifik xüsusiyyətlərinin öyrənilməsi, təsnifi, təhlili və tətbiqi üsullarının aşılanmasına, həmçinin müxtəlif sistemli dillərin səviyyəli və effektiv tədrisinin özəlliklərinin izahına həsr olunur.
Kitab “Ön söz”, on fəsil, xülasə və biblioqrafiyanı ehtiva edir. Əsərdə “Ünsiyyət nədir?”, “Ünsiyyət – qarşılıqlı əməkdaşlıq kimi”, “Kommunikasiyanın yaranmasının və inkişafının zəminləri”, “Kommunikasiya nəzəriyyəsinin əsasları (modelləri, funksiyaları, növləri)”, “Kütləvi kommunikasiyaların genezisi”, “Sosial kommunikasiyanın mənbələri və əsas paradiqmaları”, “Kommunikasiya sistemində şəxsiyyətin faktoru”, “İnsan – İnformasiya – Kommunikasiya”, “Etnik şüurun variativliyi: elitar, professional və kütləvi subkulturlarının qarşılıqlı əlaqələri”, “Mədəniyyətlərarası dialoq vasitəsilə dilin inkişafı” kimi mövzular yer alıb.
Monoqrafiya təhsil işçiləri, dil mütəxəssisləri, ali məktəb tələbələri, doktorantlar, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Kitabın elmi redaktoru Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur.

ADU-nun Mətbuat Xidməti