Xəzər Universitetinin basketbol komandası ilə görüş

Xəzər Universitetinin basketbol komandası ilə görüş Xəzər Universitetində basketbol komandasının heyəti ilə görüş keçirilib.
Bu ali təhsil müəssisəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı komandanın bu günə kimi qazandığı qələbələrin fərəhləndirici olduğunu və qarşıdakı görüşlərdə də qələbə əldə etmək üçün böyük stimul olacağına əminliyini bildirib.
Baş məşqçi Anar Hacıyev komanda, keçirilmiş oyunlar və bundan sonrakı əsas yarışlar haqqında məlumat verib.
Universitetin rektoru İradə Xəlilova basketbol komandası üçün görülən işlərdən danışıb.
Sonra komanda üzvləri istək və arzularını bildiriblər.
Görüşdə akademik işlər üzrə prorektor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, departament müdirləri və digərləri iştirak ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər