UNEC-də təlim: təhsildən işgüzar həyata

UNEC-də təlim: təhsildən işgüzar həyata Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi, İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə Biznesin İnkişafı Tədris Mərkəzi tərəfindən tələbələr üçün “Təhsildən işgüzar həyata” adlı təlim keçirilib.
Təlimdə “Pasha Property” MMC-nin insan resursları üzrə direktoru Jalə Mürsəlova tələbələrə peşəkar iş dünyasına ilk addımlar, qarşıya çıxacaq maneələr və onların aradan qaldırılması, tələb olunan səriştələr barədə məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər