AzMİU-nun əməkdaşları Avropa universitetləri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər

AzMİU-nun əməkdaşları Avropa universitetləri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər Slovakiyanın Poprad şəhərində “Yolların idarə edilməsi STRAHOS” layihəsi çərçivəsində 19-cu seminar keçirilib. Seminarda Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov, Nəqliyyat və logistika kafedrasının baş müəllimləri Nizami Əhmədоv və Rövşən Sədiyev, AzMİU-nun tabeliyində fəaliyyət göstərən İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev və direktor müavini İsmayıl Qarayev təmsil ediblər.
Dəmir yolu üzrə bir sıra aktual məsələnin müzakirə olunduğu seminarda infrastrukturun, dəmir yolu relsləri və stansiyalarının istismar müddətinin uzadılması, konstruksiya və struktur elementlərinin modernləşdirilməsi, saxlanması, eləcə də təmiri ilə bağlı təqdimatlar edilib.
Seminarda AzMİU ilə yanaşı, Sileziya Universiteti, Çex Texniki Universiteti, Brno Texnologiya Universiteti və Zilina Universitetinin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, “Yolların idarə edilməsi STRAHOS” layihəsinin məqsədi iştirakçı universitetlərdə elmi-tədqiqat və tədris prosesinin müxtəlifliyinə və miqyasına müsbət təsir göstərməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər