Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları Almaniyanın Dortmund şəhərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “XXI əsrdə sağlam və təhlükəsiz iş mühiti üçün domenlərarası kompetensiyalar” (WORK4CE) layihəsinin növbəti görüşündə iştirak edirlər.
Noyabrın 19-dək keçiriləcək görüşlərdə AzMİU-nu Beynəlxalq proqramlara dəstək sektorunun müdiri, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi İsa Muradov, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şahmar Rəfili, Təcrübə və karyera mərkəzinin müdiri, İqtisadi nəzəriyyə və marketinq kafedrasının baş müəllimi Xanlar Qəniyev təmsil edirlər.
Xatırladaq ki, AzMİU bu layihəyə 2020-ci ildən qoşulub. 2023-cü ilə qədər davam edəcək layihənin tərəfdaşları Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transformasiyanın idarə olunması üçün yeni işlə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğun aradan qaldırılmasını nəzərdə tutur.
Tehsil-press.az