Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professor-müəllim heyəti üçün “Clarivate Analytics” şirkəti vebinar təşkil edib. Universitetin Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə 50-yə yaxın əməkdaş iştirak edib.
Vebinarda çıxış edən “Clarivate Analytics” şirkətinin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov “Web of Science” bazasının aləti - “InCites” vasitəsilə müxtəlif elmmetrik analizlərin aparılması imkanları barədə məlumat verib. O qeyd edib ki, “İnCites” platforması həm ölkədaxili, həm də digər ölkələrin universitetlərini müxtəlif göstəricilər əsasında müqayisə etmək imkanına malikdir.
Valentin Boqorov AzMİU-nun əməkdaşları tərəfindən nəşr olunan məqalələrin təhlili, bu məqalələrə verilən istinadların izlənilməsi və artırılması istiqamətində aparılan işlər haqqında da məlumat verib. Bildirib ki, pandemiya şəraiti olsa da, universitetin son illər ərzində elmi məqalələrinin sayında və onlara istinadların verilməsində müsbət dinamika müşahidə edilir. O, universitetin “Web of Science” bazasındakı profilinin çox dəqiq və dolğun olmasını xüsusi qeyd edib.
Vebinarda professor-müəllim heyətinin sualları cavablandırılıb.
Tehsil-press.az